agroX Müsabiqəsində 2-ci mərhələyə keçən Layihələrin
SİYAHISI
(1-ci mərhələ seçim prosesi 22 iyun 2019-cu il tarixdə keçirilib. Qiymətləndrimə prosesində Startap Azərbaycan tərəfindən formalaşdırılan Münsiflər Heyəti iştirak edib )
Layihəni təqdim edən məsul şəxs |
Layihənin adı |
Layihənin qısa təsviri |
Həll növü (Mobil tədbiq, Veb resurs, Avadanlıq və s.) |
Komanda haqqında məlumat |
|
1 |
Abbas Taghiyev |
Triple |
"Triple" qalacaq yer, qidalanma və müxtəlif kənd təsərrüfatı turlarını təklif edən insanlar(xüsusilə fermerlər) və bu xidmətlərdən istafadə edəcək insanları(xüsusilə şəhər əhalisini) birləşdirən onlayn platformadır. |
Veb resurs |
Hal-hazırda komandamızda 5 nəfər fəaliyyət göstərir.Layihə rəhbərlərinin kənd təsərrüfatı və turizm sahəsində təhsili və iş təcrübəsi vardır. |
2 |
İsmayılov Elviz Ənvər oğlu |
HealWith |
Bir çoxlarımız evimizdə və ya ofisimizdə ən az bir bitki saxlayırıq. Bu bitkilər xəstələndikdə isə, saatlarla, bəzən də günlərlə internetdə, kitablarda və ya başqa informasiya mənbələrində araşdırma aparmalı oluruq. Bütün bunlar fayda vermədiyi və mütəxəssisə müraciətə ehtiyac yaranan hallar da az olmur. HealWith bu mövzuda bizim köməyimizə çatır. O, süni intellekt vasitəsilə xəstəliyi tapır və müvafiq müalicə metodlarını göstərir, beləcə, biz vaxtımıza qənaət edirik və bitkimizin düzgün yolla müalicə olunduğundan əmin oluruq. HealWith müəyyən mənada “ cib aqronomu ” rolunu oynayır. Etməli olduğumuz tək şey isə xəstə bitkimizin şəklini çəkmək və HealWith-in öz işini görməsini gözləməkdir. |
Mobil tətbiq |
Komandanın tərkibində 8 nəfər var. Onlardan ikisi Süni intelekt üzrə mütəxəssis. üç proqramçı, dizayner və web proqramçı. Eyni anda Azərbaycan Respublikasının İnistutları ilə sıx əlaqədar olaraq birgə işləyirlər (Həmin inistutun botanika sahəsində olan mütəxəssisləri ilə) |
3 |
Könül Qədimova |
"OTMİLK" |
Kütləvi Insan artımını və təbii(konservantsız) qida qıtlığını nəzərə alaraq insanları təbii süd qıtlığından azad etmək. |
Komanda tərkibi 1. Qida mühəndisi ( magistr; GİLAN-Kimyaçı mühəndis) 2. Aqronom 3. Marketoloq 4 Dizayner (hər biri Ali təhsilli və təcrübəyə sahibdir) |
|
4 |
Fidan Vəliyeva |
Biobone |
BioBone- Sümük gübrəsi bitkilərin təbii qidalanma mənbəyi olmaqla özündə bir çox fərqli gübrələri birləşdirir. Yəni kompleks gübrədir. Burada əsas üstünlük isə istifadəyə yararsız olan heyvan sümüklərinin və həmçinin müəyyən miqdarda buynuz, dırnaq, qan və dəri kimi heyvan mənşəli tullantıların xüsusi formada emal edilərək həmin tullantı məhsullarından tam təbii gübrələnin alınmasına verilir. Bundan əlavə isə gübrənin tərkibinə digər təbii gübrələrin də əlavə edilməsi keyfiyyəti daha çox artıracaqdır. Alınmış heyvan mənşəli sümük gübrəsi bitkilərin ən çox tələb etdiyi fosfatın mənəyi sayılır və tərkibində 30%-dən çox fosfatı saxlayır.
|
“BioBone” layihəsi özündə 3 əsas məqsədi- missiyanı birləşdirir: 1-ci missiya: kənd təsərrüfatında istifadə olunan süni və kimyəvi gübrələrin miqdarını azaltmaq 2-ci missiya: ətraf mühitə atılan bir çox heyvan mənşəli və bitki tərkibli tullantıların azaldılaraq ətraf mühitin mühafizəsinə dəstək olmaq 3-cü missiya: torpaqları təbii və ağır metalların təmizlənmiş gübrə ilə təmin etməklə onların keyfiyyətininin saxlanmasına və uzunmüddətli istifadəsinə şərait yaratmaq |
1. Şamxalov Məmmədtahir - təhsisçi, ekoloq, ətraf-mühit ekoloqu. |
5 |
Aynur |
KTTT |
kənd təsərrüfatında texnologiyyaların tətbiq |
5 tələbə |
|
6 |
Fərid Dilavərov |
Aqrobiznes sektorunda blokçeyn texnologiyasından istifadə |
Blokçeyn texnologiyasından aqrobiznes sektorunda istifadə halında aşağıdakı mövzulara toxunulacaq : |
Dilavərov Fərid |
|
7 |
Xalqi İsmayılov |
FarmServ |
FarmServ Azərbaycanda Kənd təsərrüfatı xidmətlərini təklif edən və kənd təsərrüfatı xidmətlərinə ehtiyac duyan fiziki və hüqüqi şəxsləri bir yerdə cəmləşdirməyi nəzərdə tutan onlayn platforma, mobile app-dir. |
Mobil tətbiq |
İsmayılov Xaliq-ideya müəllifi |
8 |
Nərmin Qeybəliyeva |
Smart Scale |
Böyük fermalarda çoxsaylı heyvanların çəki statistikasını və mövcud heyvanların sayını təyin etmək fermerlər üçün çətindir. Bugünki gündə fermerlər bu qeydiyyatı ənənəvi metodlardan (manual qeydiyyat) istifadə etməklə aparırlar ki bu da qarışıqlığa səbəb olur. Bu problemləri həll etmək üçün ağıllı tərəzi (smart scale) ideyasını irəli sürürük. Layihəmiz 2 hissədən ibarətdir: Cihaz və istifadəçi interfeysi. Bu layihə vasitəsilə fermerlər istənilən müddət ərzində ayrı-ayrılıqda heyvanların çəkilərinin dəyişmə statistikasını müəyyən edə bilərlər. Nəticədə təsərrüfatlarında daha səmərəli idarəetmə tətbiq edib gəlirlərini artıra bilərlər. |
Veb resurs və avadanlıq |
Nərmin Qeybəliyeva - Hardware developer |
9 |
Tural Yaşarlı-Həmidə Muradlı |
Gizli Sərvət |
Uzun müddət qalıcı və davamlı ətir və dərman preparatlarının, qida və tekstil sənayesində istifadə olunacaq yerli brendin yaradılması |
Unikal məhsulun əldə edilməsi |
Komandamız 5 nəfərdən ibarətdir- (Yaşarlı Tural, Vaqif Novruzov, Aynur Bayramova, Hemidə Muradlı, Məmmədova Aida,) |
10 |
Rəşad İsgəndərov |
Arıları gənələrdən xilas edən qurğu |
Arılarda varatoz gənəsinin olması arıların məhvinə və balın keyfiyyətinin və məhsuldarlığının aşağı olmasına aparıb çıxarır Bu səbəbdən bütün arıçılar kimyəvi preaparatlardan istifadə edir ki bu da balda toksik maddlərin yaranmasına səbəb olur Bu kimyəvi peraparatlar arının inkişafına mənfi təsir edir. Göstərilən problemləri təklif olunan qurğu vasitəsi ilə aradan qaldırmaq mümkündür. |
Qurğu |
Komandamız layihə istiqamətində ixtisaslaşməş 3 nəfərdən ibarətdir. (Vaqif Rüstəmov, Rəşad İsgəndərov, Razim Əliyev) |
11 |
Cavid Kərimov |
Mr.Bee e-commerce |
Müxtəlif regionlarından bal istehsalçıları məhsullarının satışı ilə üzləşirlər. Səbəb: arıçılar marketinq və müasir satış sistemləri tanış deyillər. Digər tərəfdən potensial müştərilər böyük ehtimalla bal məhsullarını ya xarici istehsal yaxudda vasitəçilərdən alırlar. Bu layihə imkan yaradacaq ki, yerli istehsalçılar və müştərilər arasında birbaşa rəqəmsal təmas olsun. |
sayt, mobil tətbiq - hazırdır demək olar. Komputerlər, fotoapparat, kiçik marketinq büdcəsi - lazımdır |
ətraflı təqdimatda |
12 |
Isa Allahverdiyev |
Agrofiction |
Avadanlıq, dron formatında olub torpağın humus miqdarını yoxlayıb, daxil etdiyimiz data əsasında özü uyğun toxumu əkir, bu avadanlıq eyni zamanda ərazinin sulanması prosesində də olacaq, layihənin inkişafı ərzində məhsulun yığılmasınında aparat vasitəsi ilə edilməsi planlaşdırılır. Ayni zamanda layiha gedisatinda avadanliqların idarəsi üçün, süni intellektdən istifadə də hədəfdir. |
avadanlıq |
İsa Allahverdiyev (busines developer) Xəyalə Mirzəyeva (project designer), Ofelya Rzayeva (financial analyst) , Elviz İsmayilov (technical advisor), Müslüm İbrahimov (academic advisor in agricultural field) |